Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bakıda Türkiyə vətəndaşı təhdid edilib

Bakıda Türkiyə vətəndaşına qarşı hədə-qorxu gəlinib.

Boyukmillet.com xəbər verir ki, hadisə Səbail rayon ərazisində qeydə alınıb.

Belə ki, hazırda Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Özgür Karataş sosial şəbəkələrdə etdiyi paylaşımlara, yazdığı postlara görə həmyerlisi, eləcə də onun azərbaycanlı dostu tərəfindən təhdid olunaraq təzyiqlərə məruz qalıb.

Daha sonra o, bununla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə (PB) müraciət edib. Bölmədə iş dərhal araşdırılmalara başlanılıb.

Müəyyən olunub ki, Ö.Karataşın sosial şəbəkə hesabına həmyerlisi tərəfindən kiberhücumlar edilib, onun icazəsi və məlumatı olmadan hesabındakı videolar tam fərqli formatda və məzmunda ictimaiyyətə təqdim olunub. Bununla bağlı zərərçəkmiş Türkiyədəki aidiyyəti qurumlara şikayət edərək təqsirkarın cəzalandırılmasını istəyib.

Bundan sonra O.Karataşa həmyerlisinin dostu, Bakı sakini Habil Bəylərov zəng vuraraq hədə-qorxu gəlib, şikayətini geri çəkmayi tapşırıb.

Polis əməkdaşları tərəfindən qısa zamanda H.Bəylərovun yeri müəyyən edilərək bölməyə dəvət olunub. O, izahatında türkiyəli dostları ilə aralarında anlaşılmazlığın olduğunu, təhqir, habelə təhdid etmədiyini, sadəcə onları barışdırmaq niyyəti olduğunu bildirib.

Əməlindən səmimi peşmançılıq hissi keçirdiyini etiraf edən H.Bəylərova qanunvericiliyin tələbləri izah edilməklə onunla profilaktiki söhbət aparılıb.

Tərəflərin razılığı əsasında araşdırılma dayandırılıb və toplanmış materiallar işə alınıb.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …