Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılacaq

Birləmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” şirkəti Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlara başlayacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək. Bundan əvvəl “Etihad Airways” iki ölkənin paytaxtları arasında birbaşa uçuşlara martın 2-dən başlanılacağını bəyan etmişdi.

Hazırda BƏƏ-nin “Air Arabia Abu Dhabi” şirkəti də Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir. Aviarsyeslər gündəlikdir.

Check Also

Azərbaycan ADB-nin yeni nəsil sərhəd buraxılış məntəqələrinin yaradılması layihəsi üzrə ölkələr sırasına daxil edilib

Asiya İnkişaf Bankı (ADB) sərhəd buraxılış məntəqələri üzrə potensial layihələrin icrasına prinsipial olaraq yeni yanaşma …