Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Bakıdan Kiyev sakinlərinə 30 tondan çox humanitar yardım göndərilib

Bakı şəhərindən Kiyev sakinlərinə 30 tondan çox humanitar yardım göndərilib.

Bu barədə  Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib.

Məlumat verilib ki, Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …