Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Bakının işğaldan azad olunması münasibətilə Pirəkəşküldə hərbçilərin yürüşü başlayıb

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində hərbi yürüş başlayıb.

Boyukmillet.com-un məlumatına görə, hərbi qulluqçular orkestrin müşaiyəti ilə Qobustan rayonunun Acıdərə məzarlığına yürüş edirlər.

Yürüşdə 100 hərbçi iştirak edir.

Sonda Acıdərə məzarlığı ziyarət ediləcək, naməlum türk əsgərinin abidəsi üzərinə su səpiləcək, şəhidlərin ruhuna dualar oxunacaq.

Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər də iştirak edirlər.

Check Also

NATO Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurub

İran tərəfindən atılan raketin parçaları Türkiyənin Qaziantep bölgəsinə düşüb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir …