Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Balakəndə avtoxuliqanlıq edən və narkotikin təsiri altında olan altı sürücü məsuliyyətə cəlb olunub

Balakəndə avtoxuliqanlıq edən və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücülər məsuliyyətə cəlb olunublar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, keçirilən tədbirlər zamanı spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 5, eləcə də rayon ərazisində avtoxuliqanlıq edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradan 1 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …