Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

Balakəndə narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edənlər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan sürücülər saxlanılıb.


Boyukmillet.com xəbər verir ki, rayonun Mahamalar kəndində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol-hərəkəti qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” əmri verilib. Lakin o, əmrə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Nəqliyyat vasitəsi dayandırıldıqdan sonra sürücü və sərnişinlərin narkotik vasitə qəbul etmələrinə dair şübhələr olduğundan həmin şəxslər polis şöbəsinə gətiriliblər.

Sürücü, Balakən şəhər sakini Əli Məcidov, sərnişinlər Əli Paçalov və Tacəddin Dibirov tibbi müayinədən keçirildikdən sonra onların hər üçünün heroin qəbul etdiyi müəyyən olunub. Saxlanılan şəxslər də ifadələrində əməllərini etiraf ediblər.
Keçirilən digər bir tədbir zamanı isə narkotik vasitənin təsiri altında sükan arxasına əyləşib, piyadaların həyatı üçün təhlükə saçan Mahamalar kənd sakini Abdulla Osmanov istifadəsində olan “Opel” markalı avtomobillə birgə saxlanılıb. Tibbi müayinədən keçirilən həmin sürücünün narkotik vasitə -marixuana qəbul etdiyi məlum olub.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Check Also

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb …