Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Baş həkim peyvənd olundu: “Özümü yaxşı hiss edirəm”

A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova koronavirus infeksiyasına qarşı peyvənd olunub.

Boyukmillet.com xəbər verir ki, baş həkim peyvənddən sonra özünü yaxşı hiss etdiyini deyib.

“Vaksindən sonra hələlik özümü yaxşı hiss edirəm. Çünki allergiyam və xroniki xəstəliyim yoxdur”, – K.Cabbarova qeyd edib.

O həmçinin əlavə edib ki, poliklinikada peyvənd olunmamışdan qabaq şəxslərin ilk növbədə təzyiqi, bədən hərarəti və hər hansı xroniki xəstəliyinin olub-olması yoxlanıldıqdan sonra vaksin otağına göndəriləcək.

Check Also

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan …