Bazar , 29 Mart 2026
Drone Cameras

Baş nazir: “Saakaşvili Gürcüstana ayaq basan kimi həbs olunacaq”

“Mixeil Saakaşvili artıq 8 ildir Gürcüstana gələcəyini deyir, lakin o, gələ bilməyəcək, çünki qorxaqdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sabiq prezident Gürcüstanda həbs olunacağını yaxşı bilir: “Onun yeganə vəzifəsi və məqsədi ölkəmizdə xaos və qeyri-sabitlik yaratmaqdır. Saakaşvilinin məqsədi və istəyi hakimiyyətə qayıtmaqdır ki, bu, onun və komandasının əlçatmaz arzusudur”.

Baş nazir bildirib ki, Saakaşvili ölkəyə ayaq basan kimi həbs olunacaq: “Bu prosesə müqavimət göstərən istənilən şəxs qanuna müvafiq şəkildə cəzalandırılacaq”.

Qeyd edək ki, ötən gün M.Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldığını elan edib.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …