Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Baş prokuror Ağdam şəhərində əməliyyat müşavirəsi keçirir

Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində əməliyyat müşavirəsi keçirir.

Boyukmillet.com xəbər verir ki, hazırda işğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.

Baş prokuror Kamran Əliyev tədbirdə açılış nitqi ilə çıxış edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən informasiya təsdiq edilib.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …