Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Baş prokuror: Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir

Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev avqustun 16-da Naxçıvanda keçirilən “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda” elmi-praktiki konfrans zamanı qeyd edib.

O, Xankəndidən sonra növbəti konfransın Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib: “Uzun müddət davam etmiş Azərbaycan və Ermənistan münaqişəsinin gedişatında təəssüflər olsun ki, Araz çayı sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla məqsədyönlü olaraq çirkləndirilib və hazırda da bu proses davam etdirilir. Hazırda da Ermənistan ərazisindən keçməklə ölkəmizə daxil olan çayların xüsusən də Araz və onun qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir”.

Check Also

Xalq artisti Rasim Balayev vəfat edib

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib. Bu barədə  Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib. Xalq …