Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Baş redaktor “Səssiz işğal” kitabını Ərdoğana təqdim edib

Bu gün Bakı Türk Liseyinin yeni korpusunun təntənəli açılış mərasimindən sonra “Səssiz işğal” və “Terrorun Gülən üzü” kitablarının müəllifi Aqil Ələsgər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla görüşüb.

Boyukmillet.com xəbər verir ki, Aqil Ələsgər Türkiyənin Birinci xanımı ilə söhbətində 2007-ci ildən bu günə kimi FETÖ terror şəbəkəsinə qarşı göstərdiyi ardıcıl fəaliyyəti haqqında məlumat verib və Türkiyədə işıq üzü görmüş “Səssiz işğal” kitabını Əminə Ərdoğana təqdim edib. 
Baş redaktor söhbət əsnasında qeyd edib ki, bu kitabda adları keçən bəzi FETÖ-çular Azərbaycan prezidenti İlham Əliyevin iradəsi ilə cəzalandırılıblar, FETÖ-ya məxsus məktəb və universitetlər bağlanıb. 
Bundan məmnunluğunu vurğulayan Əminə Ərdoğan isə yarızarafat formada “Əgər qalanlar varsa, adlarını bizə bildirin”, – deyə Aqil Ələsgərə cavab verib. Xoş atmosferdə keçən söhbət zamanı səmimi fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər ötən gün Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimində iştirak üçün Bakıya gəlmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. 

Xatırladaq ki, Aqil Ələsgər 2016-ci il iyulun 15-də (FETÖ çevrilişindən bir neçə saat əvvəl) Türkiyənin baş naziri Binəli Yıldırımla da görüşərək, müəllifi olduğu “Terrorun Gülən üzü” kitabını ona təqdim etmişdi.

Azərbaycanlı yazarın "Səssiz işğal" kitabı Ərdoğana təqdim olundu

 

boyukmillet.com

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir