Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Bayden: “Amerikalılar və ruslar bir-birinə atəş açsalar, yeni dünya müharibəsi başlayacaq”

ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək.

Boyukmillet.com xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib.

Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır.

ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”.

Cozef Bayden həmçinin ABŞ vətəndaşlarını münaqişənin gərginləşməsi ehtimalına görə Ukraynanı tərk etməyə çağırıb.

Check Also

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir. Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Al Jazerra” …