Cümə , 22 Noyabr 2024
Drone Cameras

Baydenin oğlunun vergidən yayınması ilə bağlı məhkəməsi sentyabrın 9-da başlayacaq

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Baydenin ən azı 1,4 milyon dollar məbləğində vergidən yayınması ilə bağlı məhkəmə prosesi sentyabrın 9-da başlayacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Kaliforniya Mərkəzi Dairəsinin Federal Məhkəməsinin elektron məlumat bazasında dərc edilən sənəddə göstərilib.

2023-cü il dekabrın əvvəlində Hanter Baydenə vergidən yayınma ilə bağlı doqquz ittiham irəli sürülüb.

Prokurorlar prezidentin oğlunun vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə milyonlarla dollar xərclədiyini düşünürlər. Onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.

H. Baydenin məhkəməsi əvvəlcə iyunda başlamalı idi. Lakin müdafiə tərəfi Kaliforniyada məhkəmə prosesinin başlanmasının təxirə salınmasını istəyib. Belə ki, Amerika administrasiyası rəhbərinin oğlu Delaver ştatında silahla bağlı qaydaların pozulması ilə bağlı məhkəmədə iştirak etməli idi.

İyunun 11-də münsiflər heyəti bu iş üzrə təqsirli hökm çıxarıb. Kiçik Bayden ABŞ Ədliyyə Nazirliyi tərəfindən irəli sürülən hər üç maddə üzrə təqsirli bilinib.

O, 2018-ci ildə “Colt Cobra” revolverini alarkən narkotik qəbul etmədiyini yazılı şəkildə qeyd edərək yalan söyləyib və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozub. Hanter Bayden 25 ilə qədər həbs oluna bilər.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …