Türkiyənin Van şəhərində Beynəlxalq Diaspor Mərkəzi (BDM), Türk Kalkınma İşadamları Dərnəyinin (TÜMKİAD) Van il şöbəsi və Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilmişdir. Mərkəzdən boyukmillet.com-a verilən məlumata görə, “Olimpus” Şirkətlər Qrupunun dəstəyi ilə həyata keçirilən səfər çərçivəsində bu bölgədə yerləşən Akdamar adasındakı tarixi Akdamar kilsəsi ziyarət edilmişdir. Ziyarətdə Azərbaycanda fəaliyyət göstərən Alban-Udin Xristian Dini İcmasının sədr müavini Rafik Danakari və icmanın üzvü Sevan Maqari iştirak ediblər. Dini icmanın rəsmiləri tərəfindən kilsədə ayin keçirilmiş və dualar edilmişdir. İcma rəsmisi Rafik Danakari ayindən sonra Türkiyə mətbuatına açıqlama verərək bu bölgədə mövcud olan kilsələri ermənilərin özününküləşdirmə siyasətini pisləmişdir. O, açıqlamasında Azərbaycanda olduğu kimi Türkiyənin Van bölgəsində də kilsələrin Alban kilsəsi olduğunu və ermənilərlə yaxından-uzaqdan heç bir əlaqələrinin olmadığını bildirib. O, Türkiyə hökumətinə Akdamar kilsəsində ziyarət üçün yaradılmış şəraitə görə təşəkkür edərək, bölgə insanlarını sülhə çağırmışdır. Rafik Danakari Azərbaycanda dinlərarası yaradılmış xoş münasibət və tolerantlıq haqda da media və ziyarət iştirakçılarını məlumatlandırmışdır. Daha sonra Azərbaycan nümayəndə heyəti 1915-ci ildə Van bölgəsində şəhid edilmiş 2500 silahsız insanların xatirə yeri olan Zivə Şəhidliyini ziyarət etmişdir. Şəhidlik abidəsinə gül dəstələri qoyulmuş, dualar edilmişdir. Daha sonra şəhidlikdə mətbuata açıqlama verən BDM sədri İsmayıl Ağayev Zivə şəhidlərinin bu gün Qarabağda, Xocalıda şəhid edilən insanlarımızla bir tutduğunu bildirərək, vaxtilə Andranikin terror dəstəsinin bu bölgələrdə törətdiyi qanlı cinayətlərin bu gün də Qarabağda onların nəvələrinin həyata keçirdiyini qeyd edib. Ziyarətdə iştirak edən Alban-Udin Xristian Dini İcmasının sədr müavini Rafik Danakari, ASİM-der sədri Göksəl Gülbəy, BDM-in sədr müavini Samir Adıgözəlli, Türk Kalkınma İşadamları Dərnəyinin (TÜMKİAD) Van il başqanı Müslim Birdal çıxış edərək, yüz ildən artıqdır ermənilərin Azərbaycan və Türkiyədə həyata keçirdikləri terror və soyqırımlar haqqında fikirlərini bildirdilər. Azərbaycan heyəti Vana səfəri çərçivəsində Van müftülüyünü də ziyarət edib.
Check Also
NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…
Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …