Bazar , 19 May 2024
Drone Cameras

BDU-nun Jurnalistika fakültəsinin müəllimi, Əməkdar jurnalist Şamil Vəliyev vəfat edib

BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Şamil Qiyas oğlu Vəliyev 64 yaşında vəfat edib.

Boyukmillet com xəbər verir ki, bu barədə fakültənin müəllimi Əli Hacıyev bildirib.

“Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq! Allah rəhmət eləsin!”, – Ə.Hacıyev feysbuk hesabında yazıb.

Qeyd edək ki, o, fakültənin Mətbuat tarixi kafedrasının müdiri, dekan vəzifəsində çalışıb. Ş.Vəliyevin bir sıra əsərləri, kitabları nəşr olunub. Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə Əməkdar jurnalist fəxri adına layiq görülən Ş.Vəliyev eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib.

Check Also

Azərbaycandan 77 nəfər dünyanın top universitetlərinə qəbul olub

Bu ilki xaricdə təhsil proqramı üzrə bu günə olan statistikaya görə 220 nəfər sənəd verib. …