Cümə , 12 Dekabr 2025
Drone Cameras

Belarus prezidenti diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycan səfirini qəbul edib

“Belarus və Azərbaycan arasında güclü, fundamental əlaqələr yaradılıb”.

“Report” “Stoliçnoe Televidenie” telekanalına istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko diplomatik missiyasının müddətinin başa çatması münasibətilə Azərbaycan səfiri İsfəndiyar Vahabzadəni qəbul edərkən deyib.

“Hesab edirəm ki, Belarus sizin üçün ikinci vətən olacaq” – Belarus lideri səfirlə görüşündə bildirib.

A.Lukaşenkonun sözlərinə görə, İ.Vahabzadənin Belarusda işlədiyi 6 il dövlətlər arasında münasibətlərdə ən coşqun dövr olub: “Bu müddət ərzində Belarus və Azərbaycan arasında güclü fundamental əlaqələr formalaşıb və buna görə sizə təşəkkür edirəm. Qəlbinizin bir parçası burada qalsa, şad olardıq. Həmin bu parça sizi hər zaman Belarusa doğru çəkəcək”.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir