Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Belarus Rusiya və Azərbaycanla marşrut üzrə yeni sürətli qatar layihəsinə start verib

Belarus-Rusiya-Azərbaycan marşrutu üzrə yeni sürətli qatar layihəsinə start verilib.

Boyukmillet.com-un xəbərinə görə, bunu “Belarus Dəmir Yolları” Dövlət Birliyi rəhbərinin birinci müavini Petr Dulub deyib.

O, qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Hindistan istiqamətində marşrutlar mövcuddur.

Petr Dulub “Belarus Dəmir Yolları”nın xarici ticarət mallarının çatdırılması üçün alternativ nəqliyyat və logistika zəncirləri üzrə işin prioritetini vurğulayıb. O, qeyd edib ki, Asiya dövlətlərinə daşınmaların həcmi artır, uzaq ölkələrə daşımalar həyata keçirilir. “Belarus Dəmir Yolları” Rusiya ilə fəal işləyir, o cümlədən onun liman imkanlarından istifadə edir.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanla sərhəd yolları üçün yeni beynəlxalq tender elan edilib

Gürcüstan hökuməti Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı əsas yol seqmentlərində aparılacaq tikinti işlərinə nəzarət məqsədilə beynəlxalq …