Bazar , 11 Yanvar 2026
Drone Cameras

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisinə abidə ucaldılıb

Belarusun Qrodnenski vilayətinin Borunı qəsəbəsində həmyerlimiz, Birinci Dünya müharibəsinin qəhrəmanı, “İlya Muromets-16” bombardmançı təyyarəsinin artilleriya zabiti Fərrux Ağa Qayıbovun büstünün açılışı olub.

Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev, hərbi attaşe Elşən Rəhimov, Fərrux Ağa Qayıbovun qardaşı nəvəsi Həmidə Qayıbova, Belarusun Müdafiə Nazirliyinin təmsilçiləri, hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Poruçik Fərrux ağa Qayıbov tarixə təkcə qəhrəman kimi deyil, həm də Azərbaycanın ilk hərbi təyyarəçisi kimi düşüb.

Bombardmançı 105 il əvvəl, Birinci Dünya müharibəsi dövründə Kamenitsa kəndi ərazisində partlayıb.

“İlya Muromets-16” təyyarəsinin 4 alman qırıcısı ilə döyüşdə həlak olmuş ekipaj üzvləri ölümlərindən sonra 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilib. 2009-cu ildə onların xatirəsinə Borunı qəsəbəsində abidə ucaldılıb.

Azərbaycan nümayəndə heyəti ekopajın dəfn olunduğu qəbiristanlığı ziyarət ediblər.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …