Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Belçikada Heydər Əliyevin xatirəsi anılıb

Ötən gün Brüsseldə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, NATO yanında daimi nümayəndəliyi və yerli diaspora təşkilatlarının iştirakı ilə ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, mərasimdə səfir Fuad İsgəndərov çıxış edib.
O, ulu öndərin keçdiyi şərəfli ömür yolunu xatırladaraq, məhz onun uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib.
Daha sonra Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim çıxış edərək, Azərbaycanın müstəqilliyinin Heydər Əliyev tərəfindən qorunub saxlanıldığını və möhkəmləndirildiyini bildirib.
Mərasim zamanı çıxış edən digər qonaqlar da Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna rol oynamış Heydər Əliyev irsinin əbədi olaraq yaşayacağına əminlik ifadə ediblər.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir