Cümə , 3 Dekabr 2021
Home » Dünya » Dünya azərbaycanlıları Ukrayna azərbaycanlılarının IV Forumuna onlayn qatıla biləcəklər

Dünya azərbaycanlıları Ukrayna azərbaycanlılarının IV Forumuna onlayn qatıla biləcəklər

Kiyev şəhərində “Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda Ümumukrayna Azərbaycanlılarının IV Forumu keçiriləcək.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) APA-ya verilən məlumata görə, sabah başlayacaq forum ilk dəfə olaraq sosial şəbəkələr (https://www.facebook.com/aze.in.ua/?fref=ts) və YouTube kanalı (https://www.youtube.com/channel/UClX9aLihHu8DQHrrGHAeCBg) vasitəsilə Bakı vaxtı ilə saat 17.00-da canlı yayımlanacaq.

Forumda Azərbaycanvə Avropadan qonaqlar, Ukraynanın bütün regionlarında yaşayan və biznes fəaliyyəti ilə məşğul olan iş adamları iştirak edəcəklər.

UABD sədri və Dünya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Hikmət Cavadov bildirib ki, dünyada yaşayan azərbaycanlılar Foruma müasir informasiya-kommunikasiya vasitələri ilə canlı qoşulub suallarını, təkliflərini və tövsiyələrini verə biləcəklər. Forum iştirakçıları Dünya Azərbaycanlılarının Bakıda keçirilən sonuncu qurultayında prezident İlham Əliyevin səsləndirdiyi tövsiyələrin daha çevik həyata keçirilməsi yollarını müzakirə edəcəklər.

İnformasiya sahəsində uğurlu fəaliyyət, sosial şəbəkələrdə aktivlik, Ukrayna dilində Azərbaycanla bağlı mövcud səhifələrin daha da gücləndirilməsi, ölkəmizlə bağlı maraqlı məlumatların həmin səhifələrdə yerləşdirilməsi və Ukrayna mediası ilə əlaqələrin gücləndirilməsi Forum iştirakçılarının diqqət edəcəyi məsələlərdən olacaq. Bundan başqa, Forumda Azərbaycanlıların Ukrayna dövlət və qanunvericilik orqanlarında – təhsil müəssisələri, yerli idarəetmə orqanları, səhiyyə və icra qurumlarında təmsilçiliklərinin artırılması məsələləri müzakirə olunacaq.

Forum iştirakçılarına həmçinin Azərbaycanın turizm potensialını təbliğ etmək, multikultural və tolerant ölkə olduğunu Ukrayna cəmiyyətinə çatdırmaq tövsiyə olunacaq, bizneslə məşğul olan soydaşlarımız Azərbaycana sərmayə qoymağa dəvət ediləcək.

Check Also

ÜST: “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır”

“İlkin məlumatlara görə, “Omikron” ştamı COVID-19 infeksiyasına yüksək təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq …