Şənbə , 27 Aprel 2024
Drone Cameras

Belqradda Serbiya-Azərbaycan biznes forumu keçirilib

Belqradda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, turizm, təhsil, İKT, kənd təsərrüfatı və əczaçılıq sahələrini təmsil edən şirkət nümayəndələri iştirak edib. AZPROMO, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndələri iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə dair çıxış ediblər.

Biznes forumda həmçinin Serbiya və Azərbaycanın investisiya mühiti, o cümlədən ölkələrdə reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar, eləcə də Qarabağda aparılan bərpa işləri ilə bağlı videoçarx nümayiş olunub. Forum B2B formatda görüşlər ilə davam edib.

Check Also

Mustafa Abbasbəyli: “Azərbaycanda kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq”

Azərbaycanda rəsmi karyera portalınında kadr axtarışı ilə bağlı yeni alət tətbiq olunacaq. Boyukmillet.com xəbər verir ki, …