Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Sülhməramlılar öz işlərini görə bilmədi: Azərbaycan sözünü deyəcək

“Erməni separatçılar Qarabağdan təmizlənəcək. Araik kimilər yaxşı bilir ki, onlar Azərbaycan məhkəməsinin qarşısında cavab verəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Bakıvaxtı.az-a hərbi ekspert Emin Həsənli Qarabağdakı Rusiya sülhməramlı hərbi kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovun bu posta təyin olunduqdan 3 gün sonra Xankəndidə qondarma qurumun “prezident”i Arayik Arutunyanla görüşünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları bölgəyə gələndən öz missiyasını yerinə yetirmir: “10 noyabr bəyanatının 4-cü maddəsində göstərilir ki, əslində, sülhməramlılar bölgəyə gələndə Ermənistan işğalçı ordusu bölgədən çıxarılacaq. Rusiya sülhməramlıları öz prezidentlərinin imzasına hörmət etmədi və sülh yaratma missiyasını yerinə yetirmədi. Əksinə, Ermənistanda separatçıları dəstəklədilər”.

Ekspert hesab edir ki, sülhməramlıların dəstəyi olmasa, separatçılar Qarabağda qala bilməz: “Onların ərzaqla təminatını, Azərbaycan ərazisinə keçidini sülhməramlılar təmin edir. Ermənistan tərəfindən atəşkəs pozulanda, qumbara atılanda, deyirlər onlar psixoloji xəstədir, sərxoşdurlar. Ard-arda təxribatlar törədildi, hamısının üstü örtülürdü. Bu, rus üçün son şansdır ki, heç olmasa bir yerdə sülhməramlı funksiyasını yerinə yetirsin. Təəssüf ki, Rusiya bu şansı da qaçırdı. Onlar gələndə erməniləri Ermənistandan yığıb Qarabağa gətirdilər, şərait yaradaraq hər cür dəstək oldular. Amma Azərbaycanın Qarabağdan olan məcburi köçkünlərinin Xankəndinə, Xocalıya qayıtmasını təmin etmədilər. Heç bir iş görmədilər, bu işləri birtərəfli qaydada apardılar”.

E.Həsənli qeyd edib ki, qısa müddət ərzində sülhməramlıarın komandanı 3 dəfə dəyişib: “Hər yeni komandan da Araiklə, Ermənistan müdafiə naziri ilə görüşür. Sən Azərbaycan ərazisində sülh yaratmaq missiyasını yerinə yetirirsənsə, niyə birinci gəlib Azərbaycanın müdafiə naziri və ya müavini ilə görüşmürsən?! Suallar çoxdur. Təəssüflər olsun ki, Rusiya da ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri – Fransa, Amerika kimi bölgədə sülh yaratmadı, əksinə hamısı Ermənistana dəstək verdi. Bu dəstək davam edir. Rusiya sülhməramlıları öz funksiyasını yerinə yetirsə idi, bölgədə erməni silahlı birləşmələri qalmazdı və Xankəndidə Azərbayacan bayrağı qaldırılılardı”.

Hərbi ekspertin sözlərinə görə, Rusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü tanıyır: “Bəs necə razı olur ki, Xankəndidə separatçı rejimin “bayrağı” dalğalansın? Suallar çoxdur. Ancaq Azərbaycan Laçında sərhəd keçid məntəqəsini qurmaqla bir daha bəyan etdi ki, müstəqillik, ərazi bütövlüyü, milli maraqlar mövzusunda bir addım geri çəkilməyəcək. Necə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Azərbaycan prezidenti başda olmaqla Azərbaycan xalqı, dövləti, ordusu yerinə yetirdi, 10 noyabr bəyanatının şərtlərini də yerinə yetirəcək”.

E.Həsənli bildirib ki, erməni separatçılar Qarabağdan təmizlənəcək.

“Vaxtilə Azərbaycan vətəndaşı olmuş ermənilər Qarabağda yaşamaq istəyirlərsə, yaşaya bilərlər. İstəmirlərsə, gedib Ermənistanda yaşasınlar. Separatçılıqla məşğul olan ermənilər gec-tez Azərbaycan məhkəmələrinin qarşısına cavab verəcək. Bu məsələnin qısa həll yolu budur. Rusiya sülhməramlılarının bunu uzatmağının adı yoxdur, Azərbaycan öz sözünü deyəcək”, – deyə Emin Həsənli vurğulayıb.

Aytac Aslan

Check Also

30 yaşadək olan şəxslərin DİQQƏTİNƏ! – Müdafiə Nazirliyi ELAN VERDİ

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna …