Şənbə , 6 Dekabr 2025
Drone Cameras

“Benfika” “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb

Portuqaliyanın “Benfika” klubu “Qarabağ”a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

O, bunun üçün təəssüfləndiyini bildirib. 

Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.

Check Also

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi

“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Boyukmillet.com -un məlumatına görə, bu, Beynəlxalq Futbol …