Bazar , 11 Yanvar 2026
Drone Cameras

Beqlaryan Ermənistanda 3 günlük matəm elan olunmasını təklif etdi

Özünü buraxmış qondarma “Artsaxın keçmiş dövlət naziri” Artak Beqlaryan Ermənistanda matəm olunmasını təklif edib.

Boyukmillet.com xəbər verir ki, Beqlaryan sosial şəbəkə hesabında bildirib ki, Qarabağdakı antiterror tədbirlərində ölənlərin, ermənilərin Qarabağdan köçməsinin və Xankəndidəki yanacaq anbarında baş vermiş partlayış qurbanlarının xatirəsinə matəm elan edilməliydi.

Onun sözlərinə görə, 500-ə yaxın insanın öldüyü hadisələr ümummilli matəm üçün əsas olmasa da, hakimiyyətin olaylara ideoloji münasibətini nümayiş etdirə bilər.

“Oktyabrın 29-nu müharibənin başlanmasının 40-cı günündə matəm elan etmək üçün son fürsəti hesab edərdim ki, bu, mənim fikrimcə, ən azı üç gün olmalıdır”, – Beqlaryan bildirib /cebheinfo.az/

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …