Cümə , 22 Noyabr 2024
Drone Cameras

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi yeni layihəyə start verib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) yeni layihəyə start verib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, “Ermənistanın işğalçılıq siyasətinin regional təhdidi və regionda müharibə riskini yaradan amillər” adlı layihə 3 ay (15 iyun -15 sentyabr) müddətində keçiriləcək. Layihənin əsas məqsədi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bütövlükdə Qafqaz regionunda təhdid və regionda müharibə riskinin davam etməsidir. Bunun isə regionda sülhə törətdiyi əngəllər, millətlərarası münasibətlərə, cəmiyyətlərin qarşılıqlı etimadına və bununla da humanitar əlaqələrin qurulmasına mane olmasının, humanitar əlaqə və missiyaların getdikcə daha da mürəkkəbləşməsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır.

Mərkəzin sədri, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov bildirib ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti uzun illərdir davam edir: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı dünya tərəfindən qəbul edilsə də, Ermənistan bu faktı danmaqda və ya münaqişənin həlli ilə bağlı konkret mövqe sərgiləməmək və prosesi ləngitməklə, status-kvonun dəyişməsinə imkan vermir. Bununla da Ermənistan heç bir beynəlxalq hüquqa məhəl qoymur”.

Rufiz Qonaqov əlavə edib ki, Azərbaycan dünyanın neft-qaz ehtiyatları ilə zəngin ölkələrindən biri, region və Avropa dövlətlərinin enerji təhlükəsizliyinin qorunmasında əsas yerlərdən birini tutur: “Azərbaycan, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinin əsas açar dövlətlərindən biridir. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri ilə yanaşı, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi , TRASEKA layihələrində mühüm yer tutur və bu layihələr enerji təhlükəsizliyi ilə yanaşı, həm də Avropa ilə Asiya arasında vahid əlaqə, kommunikasiyanın qurulması üçün çox önəmlidir. Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problem isə bütün beynəlxalq layihələri təhdid edir. Nəticədə, regionda ümumi bir təhlükəsizlik sindromu yaşanır. Dağlıq Qarabağ problemi həll olunarsa, regionda yeni bir mühit yaranacaq. Regionun təhlükəsizliyi bərpa olunacaq, müharibə riski aradan qalxacaq. Bu da regionda yeni enerji layihələrinin işlənməsinə, beynəlxalq nəqliyyat dəhlizinin genişlənməsinə və bütünlükdə regionda humanitar siyasətə ciddi təsir edəcəkdir”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …