Çərşənbə axşamı , 25 Fevral 2025
Drone Cameras

Beynəlxalq tədbirdə Naxçıvanın qədim arxeoloji abidələrindən danışılıb

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən VI Beynəlxalq TÜRKCESS “Təhsil və Sosial Elmlər Konqresi”ndə iştirak edib.

12 ölkənin 200-dən çox elm və təhsil adamlarının qatıldığı tədbirdə Toğrul Xəlilov “Naxçıvanın Tunc dövrü mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Naxçıvan ərazisindəki qədim yaşayış yerləri və nekropollardan aşkar olunmuş Erkən, Orta və Son Tunc dövrü arxeoloji materiallardan bəhs edilib. Qeyd olunub ki, Maxta, Ovçulartəpəsi, Xələc, I Kültəpə, II Kültəpə, Qızılburun, Şahtaxtı və digər abidələrin hər birində Naxçıvanın zəngin tarixi, mədəniyyəti yaşayır. Aşkar olunan arxeoloji materiallar, maddi və mənəvi mədəniyyətimizə aid əldə olunan elmi faktlar Naxçıvanın qədim türk yurdu olduğunu sübut edir.

Naxçıvan Bölməsinin mətbuat xidməti

Boyukmillet.com

Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …