Çərşənbə , 12 Fevral 2025
Drone Cameras

Beynəlxalq təşkilat: “Gürcü Arzusu” ölkədə insan haqları böhranı yaradır

”Hökumətin belə hərəkətləri avtokratik rejimin qurulmasının sütununu təşkil edir”

Human Rights Watch” təmsilçisi “Gürcü Arzusu”nun insan haqları böhranı yaratmağa çalışdığını iddia edir.

OC Media yazır ki, ”Human Rights Watch”un Avropa və Mərkəzi Asiya üzrə müavini Reyçıl Denber hakimiyyətin Gürcü Arzusu partiyasının ölkədə insan hüquqları böhranı yaratmağa çalışdığını bildirib.

Denber cümə günü VOA ilə müsahibəsində keçən il ərzində Gürcüstanda baş verən hadisələr, nümayişlər, həbslər və qanunvericilikdəki dəyişikliklər, o cümlədən mübahisəli xarici agentlər qanununun qəbul olunması barədə danışıb.

Denberin sözlərinə görə, hökumətin belə hərəkətləri avtokratik rejimin qurulmasının sütununu təşkil edir.

Ötən həftə Gürcüstan parlamenti etirazçılara qarşı inzibati cəzaları artıran və sərtləşdirən, o cümlədən inzibati həbs müddətini 15 gündən 60 günə qədər artıran düzəlişləri təsdiqləyib.

Gürcüstanda insan hüquqları fəalları bildiriblər ki, noyabr və dekabr ayında hökumətə qarşı keçirilən AB tərəfdarı nümayişlərdə 400-dən çox insanın həbs olunduğu ehtimal edilir — saxlanılanların böyük bir hissəsi hüquq-mühafizə orqanları tərəfindən fiziki və ya psixoloji zorakılığa məruz qaldıqlarını iddia edirlər.

Bütün Gürcüstan boyunca insanlar hökumətin siyasətinə və hakim partiyanın ölkənin AB-yə üzvlük prosesini dayandıracağını elan etməsinə qarşı olaraq 70 gündən artıqdır ki, etiraz edirlər. Siyasi böhran oktyabrda keçirilən parlament seçkilərindən sonra baş verib və rəsmi nəticələrə görə, “Gürcü arzusu” 54% səslə böyük səs çoxluğu qazandı.

Denberin fikrincə, “Gürcü Arzusu” tərəfindən edilən son dəyişikliklər özbaşına və götür-qoy edilmədən olub. Bu da partiyanın hər hansı müxalif fikri qabaqcadan məhdudlaşdırmaq, yatırtmaq və ictimai fəaliyyəti məhdudlaşdırmaq üçün tutduğu yolun bir hissəsi kimi qəbul edilib.

O, ”Human Rights Watch”un etirazçılara, mülki və ya siyasi fəallara qarşı polis zorakılığı hallarının qeydə aldığını, 2024-cü ilin yazının əvvəlində, Gürcüstanın xarici agent qanununa qarşı etirazlarla çalxalandığı zaman sənədləşdirməyə başladıqlarını söylədi.

Yalnız etiraz aksiyalarında deyil, həm də etirazçıların evlərinin yaxınlığında və ya küçələrdə baş verən bu hücumların xarakterinə əsaslanaraq, Denber bu cür hücumların koordinasiya edildiyinin aydın olduğunu, hücum edənlərin öz təşəbbüsü ilə hərəkət etmədiyini və başqalarından əmr aldıqlarını görməyin asan olduğunu irəli sürüb. Lakin o, bu cür əmrlərin verilməsində kimin məsuliyyət daşıdığını dəqiq açıqlamayıb.

Denber deyir ki, ‘Human Rights Watch” Gürcüstan Prokurorluğu ilə əlaqə saxlayıb və onların etirazçılara, jurnalistlərə və siyasi fəallara qarşı müxtəlif hücumları araşdırmaq üçün hansı konkret addımlar atdıqlarını soruşub. O, Prokurorluğun necə cavab verdiyini açıqlamasa da, qənaətbəxş cavab almadığını vurğuladı.

Denberin sözlərinə görə, hökumət Gürcüstan əhalisinə çoxlu xidmətlər göstərən QHT sektoruna həddindən artıq nəzarət etmək istəyib.

2024-cü ilin yazında hüquq-mühafizə orqanlarının gözyaşardıcı qaz, bibər qazı, fiziki güc və tez-tez həbslərlə cavab verdiyi etirazlara yüz minlərlə insan qatılıb.

Denber şənbə günü Amerikanın Səsinə bildirib ki, ‘Human Rights Watch” etirazlar zamanı çevik polis zabitləri tərəfindən nümayişçilərə qarşı əsassız zorakılıqları sənədləşdirib.

O, Gürcüstan hökumətinin hər hansı fərqli rəyi qabaqcadan məhdudlaşdırmağa və yatırmağa, habelə ictimai aksiyanın qarşısını almağa cəhd etmək yolunda olduğunu qeyd edib. Həmçinin bildirib ki, hökumət müqavimət yaradır və bundan sonra bütün müxalifət səslərini boğmaq üçün vəziyyəti daim gərginləşdirir.

Denber habelə Batumelebi və Netgazeti-nin təsisçisi Mzia Amaghlobelinin həbsini şərh edərək, bu həbsin hökumətin siyasəti haqqında çox şey söylədiyini vurğulayıb. O, bir tərəfdən polis tərəfindən döyülən çoxsaylı insanların olduğunu və bu hadisələrin araşdırılmadığını, digər tərəfdən isə Amaghlobeli ilə bağlı hüquq-mühafizə orqanlarının bütün səylərinin səfərbər edildiyini vurğuladı.

11 yanvar tarixində, Amaghlobeli Batumi Polis İdarəsinin rəhbəri İrakli Dgebuadzeni şillələməkdə ittiham edilərək həbs olunub. Prokurorluq bunu “polis əməkdaşına hücum” kimi qiymətləndirib — bu, dörd ildən yeddi ilə qədər həbs cəzası olan cinayətdir.

Amaghlobeli 14 yanvar tarixindən etibarən aclıq aksiyasına başlayıb.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Check Also

Tramp 4 milyard dollarlıq hərbi yardımın Ukraynaya veriləcəyinə aydınlıq gətirməyib

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən ayrılan, lakin əvvəlki ABŞ Lideri Cozef Bayden tərəfindən xərclənməyən …