Biləsuvar rayonunda leysan yağışı və güclü külək bir sıra fəsadlar törədib.
Boyukmillet.com xəbər verir ki, gecə saatlarında leysan yağışı və güclü külək, təxminən, bir saat ərzində davam edib.
Nəticədə şəhərin bir çox küçələrində, eləcə də kəndlərdə yol kənarlarındakı ağaclar aşıb.
Həmçinin küçələr subasmaya məruz qalıb, bəzi yerlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Fəsadların aradan qaldırılması məqsədi ilə aidiyyəti təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Qırılan ağaclar təmizlənərək yol kənarlarından daşınır, küçələrdə yığılmış sular maşınlar vasitəsilə çəkilir.
Elektrik verilişində yaranan nasazlıqlar isə aradan qaldırılıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işlər davam etdirilir.