Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb, hər biri 2 min manat cərimələnib

Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb, hər biri 2 min manat cərimələnib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı rayon ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.

Araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib edilərək qanun pozucularının hər birinə 2 min manat məbləğində cərimə tətbiq olunub.

Check Also

Yağışdan sonra sürüşmə zonaları aktivləşib- Rəsmi

Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb. …