Bazar , 23 Fevral 2025
Drone Cameras

Biləsuvarda Silahlı Qüvvələr Günü qeyd edilib – VİDEO

Biləsuvar rayonunda Azərbaycan Ordusunun yaradılmasının 103 illiyi qeyd edilib.

Boyukmillet.com xəbər verir ki, tədbir Biləsuvar rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə açıq havada keçirilib.

Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak edib.

Bayram tədbirində oxuduğu vətənpərvər mahnıları ilə sevilən Nuray və uzun illərdir ifa etdiyi hərbi mahnıları bir çağrış olan Şəmistan Əlizamanlı öz repertuarları ilə ordumuzu bayram münasibəti ilə təbrik ediblər.

Yerli mədəniyyət ocaqlarında fəaliyyət göstərən uşaqların bayraq kompozisiyası, səsləndirdikləri şeirlər və ifa etdikləri rəqslər də alqışlarla qarşılanıb.

https://www.youtube.com/watch?v=lDw1iz0MQ3c

Check Also

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 …