Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Bilal Dündar: “Andiçmə” şousu göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil

Separatçı rejimin Şuşada “andiçmə” mərasimi təşkil etməsi beynəlxalq hüquqa, eləcə də münaqişənin sülh yolu ilə həll olunması istiqamətində indiyədək atılan bütün addımlara ziddir. Hər dəfə qondarma “soyqırımı” iddialarını əsas gətirən ermənilər dünyaya özlərini məzlum xalq kimi göstərməyə çalışırlar. Lakin, onlar tərəfindən atılan hər belə addım və Azərbaycan torpaqlarının hələ də azad edilməməsi bunun əksini sübut edir.
Bu fikirləri açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar bildirib.
Federasiya sədri qeyd edib ki, Ermənistan hökumətinin BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini və ümumilikdə, beynəlxalq hüququn tələblərini heçə sayaraq işğalçılıq siyasətini davam etdirməsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu hələ də işğal altındadır. Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulub.
Bilal Dündar əlavə edib ki, Ermənistan dövləti törətdiyi beynəlxalq cinayətlərin ardınca yenə də təxribatçı əməlindən geri qalmır. Belə ki, “andiçmə” şousu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlara böyük zərbədir. Bu, bir daha təsdiq edir ki, qarşı tərəf Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Bu fakt Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa yönələn cəhdlərində də özünü göstərir. Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq və sanksiyalar tətbiq etməklə onu beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etməlidir.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …