Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər

Bakı, 25 fevral, AZƏRTAC

Ermənilər tərəfindən XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində türk-müsəlman əhaliyə qarşı terror, soyqırımı, etnik təmizləmə və vandalizm kimi cinayətlər törədilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.

O qeyd edib ki, yüz illərdir türk xalqlarının mehriban qonşuluq siyasətindən istifadə edən ermənilər daim bu coğrafiyada qətliamlar törədiblər. Birinci Dünya müharibəsi zamanında Osmanlı imperiyasının süqutundan istifadə edən erməni terrorçuları bu ərazidə yaşayan müxtəlif xalqlara qarşı amansız vəhşiliklər törədiblər. Onun sözlərinə görə, sonrakı dövrlərdə də analoji terror Xocalıda törədildi. Xocalı soyqırımı dünya tarixinin ən böyük vəhşiliyidir. B.Dündarın sözlərinə görə, Xocalıda və Dağlıq Qarabağın müxtəlif şəhər və rayonlarında baş verən cinayətlərin həyata keçirilməsində ASALA terror təşkilatının bir nömrəli qatilləri iştirak edirdi. Həmin cinayətkarlar 1980-ci illərdə dünyanın fərqli ölkələrində onlarla türkiyəli diplomatı qətlə yetirdi.

Federasiya sədri əlavə edib ki, Türkiyə və Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunması üçün çalışsa da, erməni təxribatı bu gün də davam edir. Ermənilərin tarixboyu Qafqazda sülhü, sabitliyi pozduqlarını, müxtəlif cinayətlər, qətliamlar törətdiklərini, böyük dövlətlərin əlaltısı kimi onların çirkin niyyətlərinin icraçısı olduqlarını vurğulayan Bilal Dündar onların bu əməllərini bu gün də davam etdirdiklərini deyib. Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini bildirən federasiya sədri bu ölkədə irqçiliyin təbliğ olunduğunu söyləyib. O, azərbaycanlılara və türklərə qarşı erməni terrorunun dünyada geniş yayıldığını vurğulayıb. B.Dündar əlavə edib ki, ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verəyiblər.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …