Trans-Anadolu qaz kəmərinin (TANAP) işə salınması Azərbaycanın və Türkiyənin regionda o, cümlədən dünyada nüfuzunu artıracaq mühüm hadisədir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.
Federasiyanın sədri qeyd edib ki, bu layihə Türkiyə və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. TANAP enerji sahəsində “İpək yolu” olmaqla Türkiyəni regionun enerji gücünə çevirir.
B.Dündar əlavə edib ki, hər iki qardaş ölkənin reallaşdırdığı bu layihə Avropanın enerji tələbatını ödəyəcək. Azərbaycan və Türkiyə bir daha dünyada və regionda mühüm yerə malik olduqlarını təsdiqlədilər. TANAP-ın işə salınması Azərbaycanın və Türkiyənin Avropa İttifaqı ilə iqtisadi və siyasi əməkdaşlığının inkişafına xidmət edəcək.
Check Also
SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək
Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …
Boyukmillet.com Biz yanmasaq vətən yanar