Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Binəqədi rayonunda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com-un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yolu keçən 1969-cu il təvəllüdlü Hüseynov Sahib Səməd oğlunu avtomobil vurub. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Sahib Hüseynova qapalı kəllə-beyin travması və sağ baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

İlqar Abdullayev

Check Also

YAP: İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir

İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain …