Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Binəli Yıldırım: “ABŞ-la münasibətlərin qısa müddətdə normallaşmasını arzulayırıq”

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-la münasibətlərin qısa müddətdə normallaşmasını arzuladıqlarını bildirib.

Boyukmillet.com-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Çankaya sarayında valilər toplantısında çıxış edən B. Yıldırım ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərar qəbul etdiklərini söyləyib. O, bölgədə və dünyada gərginliklərin artdığı bir dönəmdə Türkiyənin soyuqqanlı hərəkət edəcəyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda ittiham edilir.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir