Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bir çox ölkələrin həkimləri Kıbrısda pediatriyanın inkişafını müzakirə edirlər – FOTO

Quzey Kıbrıs Türkiyə Cümhuriyyətində (KKTC) türkdilli ölkələrin və Balkan bölgəsi dövlətlərinin pediatrlarının toplantısı keçirilir. 

Boyukmillet.com xəbər verir ki, tədbir Türkiyənin Pediatriya Dərnəyinin təşkilatçılığı ilə Girnə şəhərindəki otellərdən birində keçirilib. Müzakirələrdə Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) rəhbəri Ənvər Həsənoğlu, IPA-nın beynəlxalq əlaqələr üzrə direktoru Kərəm Həsənoğlu, Türkiyə Pediatriya Cəmiyyətinin nümayəndələri və müxtəlif ölkələrdən 400-ə yaxın pediatr iştirak edib. 

“Pediatrın bir günü” mövzusunda keçirilən tədbirin açılışında İPA-nın nümayəndəsi Həsənoğlu çıxış edərək pediatriyanın inkişafının vacibliyini qeyd edib. 

Toplantı iştirakçılarını KKTC prezidenti Ersin Tatar qəbul edib. Səhiyyə sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …