Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Bir neçə tiktoker saxlanılıb

DİN onları əxlaqsızlığı təbliğ etməkdə günahlandırır

Televiziya aparıcısı Azər Zahid (İsmayılov) və daha bir neçə tiktoker saxlanılıb.

Onlar “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığın təbliğində ittiham olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılanlar arasında “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılovdan başqa, “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri Emin və Rəşad Abdullayev qardaşları və digərləri var:

“Vətəndaşların narazılığına səbəb olan hərəkətlər “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir”.

Saxlanılan şəxslərin özləri və ya yaxınlarının onlara qarşı irəli sürülən ittihamlara münasibəti məlum deyil.

Check Also

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. Boyukmillet.com xəbər …