“Azərbaycan ilə Türkiyə bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir. Biz qardaş dövlətlərik. Hər iki ölkə prezidentin birgə qarşıya qoyduğu tələblər var ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə olmalıdır. Şuşa bəyannaməsi də bunu deməyə əsas verir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, uzun müddətdir ki, Azərbaycanla Türkiyə bütün qoşun növləri üzrə birgə hərbi təlimlər keçirir: ““TurAz Şahini – 2021” təlimləri hərbi hava qüvvələri ilə bağlı təlimdir. Bu təlimlər həm Azərbaycanda, həm də Türkiyədə keçirilir. Son illər bu kimi təlimlərdə yüksək nəticələr əldə edilir. Təlimin əsas məqsədi ondan ibarətdir ki, regionda və dünyada təhlükəsizliyə Azərbaycan və Türkiyənin birgə töhfə verməsidir. Türkiyə dünyanın ən güclü ordular siyahısındadır. Bildiyimiz kimi Türkiyə dünyanın ən güclü orduları siyasına daxildir. Azərbaycan Ordusu da öz peşəkarlığını ilbəil artırır. Vətən müharibəsi də bir daha sübut etdi ki, Azərbaycan Ordusunun çox böyük təcrübəsi var. Bu təcrübənin də əldə edilməsində qardaş Türkiyə ilə birgə keçirilən təlimlərin müstəsna əhəmiyyəti var. Eyni zamanda Azərbaycan hərbiçilərinin Türkiyədə aldığı hərbi təhsil, keçdiyi kursun da böyük əhəmiyyəti var. Azərbaycan Ordusunun bu cür birgə təlimlərdə iştirakı ordumuzun inkişafı üçün önəmlidir. Bu təlimlər də iki qardaş dövlətin, iki qardaş hərbiçilərin təlimləridir. Qısa zamanda ordumuz Türkiyə modelinə keçəcəkdir. Artıq bununla bağlı işlər başlayıb. Azərbaycan Ordusu cənab Prezident tərəfindən qarşıya məqsəd qoyulub ki, silahlı qüvvələrimiz bu istiqamətdə sistemli, ardıcıl, məqsədyönlü addımlar atsın. Azərbaycan Ordusu hərbi-elmi qanunlara uyğun təşkil edilib. Dünyanın ən müasir ordularından biridir. Dünyanın bir çox ölkələrindən müasir silahlar alınıb. Həm ordunun saxlanması, həm silahlanması, həm komplektləşməsi müasir hərbi qanunlara uyğun həyata keçirilir”.
Arzu Qurbanzadə