Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras
Secretary of State Antony Blinken announces his appointment of Gayle Smith as the new State Department Coordinator for Global COVID-19 Response and Health Security as he speaks about U.S. leadership in fighting the coronavirus pandemic at the State Department in Washington, Monday, April 5, 2021. (Al Drago/Pool via AP)

Blinken İsraili tənqid edib

“İsraillilər demokratiyalarına zərər gəlmədən anneksiya həyata keçirə biləcəkləri mifindən əl çəkməlidirlər”

ABŞ-nin dövlət katibi Entoni Blinken vida nitqində deyib ki, HƏMAS İsrailin Qəzzada öldürdüyü qədər yeni döyüşçü cəlb edə bilib.

O, vasitəçilərin “atəşkəs ərəfəsində” olduğunu deyib.

Blinkenin fikirlərinin ABŞ kəşfiyyatına istinadən deyildiyi bildirilir.

İsrail Qəzza, Livan və İranda HƏMAS-ın rəhbərliyinin sui-qəsdinə müvəffəq olsa da, Blinken qrupun Qəzzada güc olaraq qaldığını deyib.

O bildirib ki, bu, anklavın müharibədən sonrakı idarə edilməsi planlarını çətinləşdirə bilər.

Blinkenin çıxışı Bayden administrasiyasının vəzifədə olduğu son günlərə təsadüf edir.

Amma dövlət katibi çıxışında ABŞ-nin müttəfiqini tənqid edib.

“İsraillilər öz demokratiyalarına heç bir zərər gəlmədən və nəticəsi olmadan de-fakto anneksiya həyata keçirə biləcəkləri mifindən əl çəkməlidirlər”, – deyə Blinken bildirib.

O əlavə edib ki, İsrail “son 10 ildə heç vaxt olmadığı qədər sürətlə” köçkün məntəqələrini genişləndirib və torpaqları milliləşdirib.

“Ekstremist məskunlaşmalar fələstinli mülki şəxslərə qarşı şiddətli hücumları rekord səviyyəyə çatdırıb”, – deyə Blinken vurğulayıb.

Check Also

Ərdoğan Putin qarşısında ŞƏRT QOYDU: Lavrova verilən SƏRT CAVAB – Türkiyə prosesin MƏRKƏZİNDƏ!

*Ukrayna üçün şad xəbər: Almaniya “qayıtdı” *Rusiyadan uçan daha bir təyyarə geri qayıtdı *Xersonda ardıcıl …