Cümə , 25 Aprel 2025
Drone Cameras

BMT agentliklərinin nümayəndələri Ağdamda aparılan bərpa işlərinin gedişi ilə tanış olublar

BMT-nin bir sıra agentliklərinin nümayəndələri Ağdamda aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Boyukmillet.com xəbər verir ki, onlara həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Bildirilib ki, şəhərin təhsil mərkəzinə çevrilməsi planlaşdırılır və bu təşəbbüslər çərçivəsində Ağdamda Qarabağ Universitetinin açılışı da nəzərdə tutulub.

Bundan başqa, Ağdamda ən müasir standartlara cavab verən “İmarət” stadionunun tikintisinin həyata keçiriləcəyi qonaqların diqqətinə çatdırılıb.

Xatırladaq ki, martın 16-da Ağdamda Azərbaycan hökuməti ilə BMT-nin yerli nümayəndəlikləri arasında İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələrin növbəti raundu keçirilib.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …