Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

BMT Baş Assambleyasının növbəti iclası əyani formatda keçiriləcək

Cari ilin sentyabr ayında baş tutacaq BMT Baş Assambleyasının iclası hər ölkədən dörd nəfərə qədər nümayəndənin iştirakı ilə əyani formatda keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, müvafiq məlumat BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır adından yayılan açıqlamada deyilir.

Qeyd olunub ki, Nyu-Yorkda koronavirusla bağlı vəziyyət yaxşılaşdığı üçün yüksək səviyyəli həftə zamanı ölkələrin nümayəndə heyətinin sayı dörd nəfərə qədər artırılıb.

Nümayəndə heyətini Nyu-Yorka göndərə bilməyən ölkələr videoformatda çıxış etmək hüququnu özlərində saxlayırlar.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …