Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

BMT Baş katibi ABŞ dövlət katibi ilə görüşüb

BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Boyukmillet.com xəbər verir ki, ikili görüşdə Sudandakı münaqişə, Əfqanıstanda mövcud vəziyyət və Rusiyanın Ukraynaya qarşı apardığı müharibə məsələləri müzakirə edilib.

A. Quterreş və E.Blinken görüşdə Sudanda baş verən münaqişənin tez zamanda dayandırılması və atəşkəsin kritik əhəmiyyəti haqqında fikir mübadiləsi aparıblar.

Baş katib eyni zamanda ABŞ rəsmisinə onun və BMT-nin digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığını bildirib.

İkili görüşdə ev sahibi ölkə sazişi ilə bağlı bir sıra məsələlər də müzakirə olunub.

Check Also

Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək planını müdafiə edib və bu planın “həqiqətən …