Bazar , 22 Noyabr 2026
Drone Cameras

Biləsuvarda akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə şahmat turniri keçirilib

Akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə YAP Biləsuvar rayon təşkilatının dəstəyi ilə şahmat turniri keçirilib.

Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilmiş turnirin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, turnir iştirakçıları və oyunlara hakimlik etmiş şəxslər iştirak edib.

Mərasimdə çıxış edənlər iştirakçıları salamalayaraq turnirin əhəmiyyətini qeyd ediblər.

Zərifə Əliyevanın həyatı və fəaliyyətindən danışaraq, onun tibb elminə, o cümlədən oftalmologiyaya verdiyi töhfələrdən söz açıblar.

Turnirin sonunda qaliblər YAP Biləsuvar rayon təşkilatı tərəfindən mükafatlandırılıblar.

Check Also

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham …