Şənbə , 14 Mart 2026
Drone Cameras

BMT baş katibi Ukrayna ilə əlaqədar bir sıra daimi nümayəndələrlə əlaqə saxlayır

BMT-nin baş katibi Antoniu Quterreş Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkənın daimi nümayəndəsi ilə daimi əlaqə saxladığını bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik xəbər verib.

“Baş katib hərbi münaqişənin olacağına inanmır. O və komandası bu məsələ ilə bağlı müvafiq ölkələrin daimi nümayəndələri ilə əlaqə saxlayır”, – Quterreş deyib.

Düjarrik qeyd edib ki, BMT-nin baş katibi Ukrayna ətrafındakı vəziyyəti diqqətlə izləyir.

Onun sözlərinə görə, təmaslar zamanı Quterreş diplomatik səyləri aktivləşdirməyə çağırır. “Diplomatiyanın razılaşdırılmış kanalları, çərçivələri, metodları var ki, onlardan istifadə davam etdirilməlidir”, – baş katibin nümayəndəsi bildirib.

Quterreş Ukraynada gərginliyin azaldılması üçün hər cür səy göstərəcəyini bildirib.

Check Also

SEPAH-dan BƏƏ-yə XƏBƏRDARLIQ

İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir. Bu barədə …