BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai avqsutun 12-də qeyd olunan Beynəlxalq Gənclər Günü ilə əlaqədar məqalə yazıb.
Boyukmillet.com həmin məqaləni təqdim edir:
“Builki 12 avqust – Beynəlxalq Gənclər Günü gənclərin münaqişələrin qarşısının alınması və transformasiyası, eləcə də inklüziv cəmiyyət, sosial ədalət və sülhün dayanıqlılığı sahələrində verdikləri töhfələrə həsr olunub.
2015-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının gənclər, sülh və təhlükəsizlik məsələləriüzrə 2250 saylı qətnaməsinin qəbul olunmasından bəri, gənclərin münaqişələrin qarşısının alınması və sülhün qorunub saxlanılması işində vacib tərəfdaş olduqları getdikcə daha çox qəbul edilir.
Bu gün tarixin ən böyük gənc nəslini görürük. Hazırda planetdə 1.8 milyard gəncin olması heyrətamiz imkanlarla yanaşı, bəzi problemlərə də səbəb olur.
600 milyondan artıq gənc həssas və ya münaqişə zonalarında yaşayır. Bu səbəbdən, sülh və təhlükəsizlik məsələlərində gənclərin ehtiyaclarının və hədəflərinin nəzərə alınması demoqrafik zərurətdir.
Bu gün 73 milyon gənc işsizdir və 400 milyondan artıq gəncin əsas səhiyyə xidmətlərinə çıxışı yoxdur.
BMT-nin Təhlükəsizlik Şurasının 2016-cı ildə qəbul etdiyi 2282 saylı qətnaməsində bəyan edilib ki, sülhün qorunub saxlanılması işinin miqyası və çətinliyi, gənclər təşkilatları da daxil olmaqla, maraqlı tərəflər arasında əməkdaşlığın olmasını şərtləndirir. Qətnamədə, həmçinin, bir daha təsdiq olunur ki, gənclər münaqişələrin dayandırılmasında və həll olunmasında mühüm rol oynaya bilər və onlar həm sülhün saxlanması, həm də sülh quruculuğu işlərinin uğurlu olmasında əsas amillərdən biridir.
Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyində dinc və inklüziv cəmiyyətlərin inkişafı öhdəliyi bəyan edilmiş və “dayanıqlı inkişafın süllh və təhlükəsizlik olmadan təmin edilə bilməyəcəyi” təsdiq edilib. 16-cı Dayanıqlı İnkişaf Məqsədi bütün səviyyələrdə qərarların qəbulu prosesinin həssas, inklüziv, müştərək və səciyyəvi olmasını təmin etmək məqsədini daşıyır.
Gənc insanların vəziyyətini yaxşılaşdırmaq üçün siyasət çərçivəsi və praktiki təlimatları təmin edən Dünya Gəncləri üçün Fəaliyyət Proqramı da “sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında gənclərin aktiv iştirakını təşviq etməyə” çağırır.
Azərbaycan gəncləri enerjili, innovativ və motivasiyalıdırlar. Onların bir çox sosial, mədəni və idman tədbirlərində könüllü kimi fəal iştirakı da buna dəlalət edir. Onlar ölkənin sosial-iqtisadi inkişafının və tərəqqisinin əsas elementləridir. Biz bu gənc qız və oğlanların yalnız özləri üçün deyil, həm də öz icmalarının və ümumilikdə ölkənin daha da yaxşılaşdırılması üçün öz potensiallarından tam istifadə edə bilmələrinə kömək etmək üçün səylərimizi birləşdirməliyik.
Biz onları bir çox yollarla, o cümlədən BMT-nin Gənclərdən ibarət Məşvərət Şuraları vasitəsilə proseslərə cəlb edə bilərik. Azərbaycan BMT-nin Gənclərdənibarət Məşvərət Şuralarının yaradıldığı 56 ölkədən biridir. 2017-ci ildə BMT-nin ölkə üzrə idarə heyəti Gənclərdən ibarət Məşvərət Şurasını dirçəltdi. Şuranın əsas vəzifəsi gənclərin onların həyatına təsir edən məsələlərlə bağlı qərarların qəbulunda səmərəliiştirakı vasitəsilə BMT-nin gənclərə münasibətdə daha həssas və inklüziv olmasını təmin etməkdir. Şura BMT tərəfindən dəstəklənən gənclər siyasətləri, proqramları və təşəbbüslərinin tərtib edilməsi, icrası və təhlilinə köklənib və əsas diqqət ölkə səviyyəsində Dayanqlı İknişaf Məqsədlərinə nail olmağa yönəlib.
2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası gənclərin potensialının milli inkişafa necə inteqrasiyaolunmasını göstərən daha bir nümunədir. Bu cür strategiyalar gəncləri dəstəkləyən spesifik fəaliyyətlərəçevrilməlidir. Şübhəsiz ki, gənclərin özünə bu prosesdə iştirak etmək imkanı verilməlidir.
Gənclərin sülh və münaqişələrin qarşısının alınması gündəliyinə və cəmiyyətə daha geniş miqyasda cəlb olunması sülh qurucluğu və sülhünqorunub saxlanılması üçün vacibdir. Gənclərin sosial inteqrasiyası prosesi, o cümlədən onların qərarların qəbulunda iştirakı, eləcə də keyfiyyətli təhsilə, səhiyyə və ilkin xidmətlərə çıxışı onların cəmiyyətə aktiv töhfə vermək imkanlarını genişləndirir və öz potensiallarından tam istifadə edərək, məqsədlərinə nail olmaq imkanı yaradır.
Gənclərin siyasi, iqtisadi və sosial sahələrdən və proseslərdən kənarda qalması zorakılıq və ekstremist ideologiyalara yol açan risk faktoru ola bilər. Bu səbəbdən, gənclərin sosial təcridinin aşkar edilərək aradan qaldırılması sülhün qorunub saxlanılması üçün ilkin şərtdir.
Azərbaycandakı BMT sistemi “Azərbaycan 2020: Gələcəyə Baxış” strategiyasında vurğulanan milli prioritetlərə və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış 2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfaşlıq Çərçivəsininicrası vasitəsilə gənclərin səlahiyyətləndirilməsinin və iştirakının daha da gücləndirilməsindəhökumətə dəstək göstərməyə hazırdır”.