Cümə , 26 Aprel 2024
Drone Cameras

Kral Salman : “Təhlükəsizliklərini Təmin Edin”

Səudiyyə Ərəbistanı Kralı Salman, gərginlik yaşadığı İran və Qətər də daxil bütün ölkələrdən gələn Hacı namizədlərinin təhlükəsizliyinin təmin olunması üçün göstəriş verdi.

Boyukmillet.com “Vesti Ru”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, Həcc və Ümrə Naziri Məhəmməd Saleh bin Tahir Məndən, etdiyi açıqlamada, Kral Salman və Vəliəhd Şahzadə Min Salmanın, İran və Qətər də daxil, istisnasız bütün Hacılara ən yüksək rahatlığı və təhlükəsizliyi təmin etməsi barədə göstəriş verdiyini bildirib.

Ölkəsinin bütün imkan və gücünü Hacıların xidmətinə səfərbər etdiyini qeyd edən Məndən, nazirliyinin, başda Məkkə və Mədinə olmaqla Hacı namizədlərinin ölkəyə giriş və çıxışlarda da bütün imkanları hazır olduğunu ifadə edib.

Nə olursa olsun, Həccin siyasiləşdirilməsini rədd etdiklərini vurğulayan Məndən, nazirliyinin iki milyondan çox insana xidmət verməyə hazır olduğunu bildirib.
Qətər Milli İnsan Hüquqları Komissiyası (NHRC) tərəfindən BMT İnanc və Din Azadlığı Üzrə Xüsusi Məruzəçisi Heiner Bielefeldte Qətərli zəvvarların Həcc ibadətini yerinə yetirməkdə qarşılaşdığı çətinliklərlə bağlı göndərilən mesajda, “dini ritualları siyasiləşdirərək, siyasi qazanclar əldə etmək məqsədilə istifadə edilməsindən narahatlıq duyuruq”deyə qeyd edilmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi, 20 iyulda Qətərli Hacılar və Ümrə gələnlərin ölkəyə daxil olacaqlarını bildirmiş, lakin “yalnız hava yolu və Qətər Hava Yolları başqa şirkətləri istifadə etmə” şərtini gətirmişdi.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir və Yəmən, 5 iyunda “terrorizmə dəstək verdiyi” və “düşmən mövqelər” nümayiş etdirdiyi iddiası Qətərlə bütün diplomatik əlaqələrini kəsdiyini bildirmişdi.
Ölkələrinin hava məkanını Qətərə bağlayan Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyndə, Qətərli diplomatların ölkələrindən ayrılmasını istəmişdi. Səudiyyə Ərəbistanı həmçinin Qətərin yeganə quru sərhədini də bağlamışdı.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir