Şənbə , 23 Noyabr 2024
Drone Cameras

BMT Yəməndə münaqişə tərəflərini siyasi dialoqa çağırıb

“Yəməndə münaqişə tərəfləri hərbi variantları ikiqat artırıb. Husilər hücumları davam etdirməkdə qərarlıdır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə deyib.

Husilərin Maribə hücum etməkdə qərarlı olduğunu və Şəbvada qarşıdurmaların yenidən başladığını bildirən H.Qrundberq tərəfləri mülki insanları qorumağa və atəşkəsə çağırıb.

Diplomat qeyd edib ki, Taiz və Sənada da hava və artilleriya hücumları artıb.

Qeyd edək ki, Yəməndə husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Dünyanın ən kasıb ölkələri arasında yer alan Yəməndə humanitar böhran dəhşətli həddə çatıb. BMT-nin məlumatına görə, bu ölkədə əhalinin 80 faizinin humanitar yardıma və müdafiəyə ehtiyacı var.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …