Cümə , 17 Aprel 2026
Drone Cameras

Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov və Xarkov Vilayət Deputatlar Şurasının sədri Tatyana Eqorova ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan və Xarkov vilayəti arasında iqtisadi dostluq əlaqələri ətrafında geniş söhbət aparılmışdır.


Əfqan Salmanov Oleq Sinegubovu Xarkov vilayətinin başçısı yüksək vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bu mühüm görüşə ayırdığı vaxta görə təşəkkür edib.

Qeyd edək ki, görüşdə Xarkov vilayəti dövlət administrasiyası sədrinin birinci müavini Aleksandr Skakun və vilayət şurası sədrinin müşaviri Mark Bekker də iştirak ediblər.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …