Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

Bolqarıstan Ukraynaya nüvə reaktorlarının satışı ilə bağlı danışıqların vaxtını uzadıb

Bolqarıstan parlamenti Rusiyanın iki nüvə reaktorunun və müvafiq avadanlıqların Ukraynaya satışı ilə bağlı danışıqları başa çatdırmaq üçün hökumətə verilən vaxtın altı ay uzadılması ilə bağlı qərar qəbul edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukraine” “Euractiv”ə istinadən məlumat yayıb.

Bolqarıstan hakimiyyəti bu reaktorları altı ildən çox əvvəl Rusiyanın “Atomstroyeksport” şirkətindən alıb, lakin ölkə “Belene” AES-in tikintisindən imtina etdikdən sonra onlar istifadəyə yararsız olub.

Ukrayna ilə iki ildir davam edən danışıqlar yalnız Bolqarıstan hökuməti ölkənin milli elektrik enerjisi şirkətinin Rusiyanın “Atomstroyeksport” şirkətinə ödədiyi ən azı 600 milyon avroluq məbləğlə bağlı razılığa gələcəyi təqdirdə başa çatacaq.

Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, reaktorların satışı ilə bağlı potensial saziş Aİ-nin Ukraynaya yardım üçün ayırdığı vəsait hesabına maliyyələşdirilə bilər.

Check Also

“HaberGlobal”: Azərbaycan aviaqəzanın səbəblərinin ortaya çıxarılması istiqamətində şərtlərini açıq-aydın söyləyir

Azərbaycan təyyarə qəzasının səbəblərinin ortaya çıxarılması istiqamətində şərtlərini açıq-aydın söyləyir. Boyukmillet.com  xəbər verir ki, bunu …