Bazar , 15 Noyabr 2026
Drone Cameras

BQXC-nin müşayiəti ilə Xankəndidən gedən erməni Ermənistanda həbs edilib

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXC) müşayiəti ilə Azərbaycanın Xankəndi şəhərindən Ermənistana aparılan Sarkis Qalstyanı və həyat yoldaşını Gorusda saxlayıblar.

Boyukmillet.com  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti bildirib.

Məlumata görə, bu il martın 29-da onlar BQXC-nin müşayiəti ilə Ermənistana gediblər.

Bildirilib ki, martın 30-da Sarkis Qalstyana qarşı “casusluq” ittihamı ilə cinayət işi başlanıb.

O, işğal dövründə Şuşada otellərdən birinin direktoru olub.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …